Abşeron rayonunda yolların vəziyyətindən sakinlər şikayətçidir, rayon icra nümayəndəliyi isə bu işə biganə yanaşır.

RePost.Az xəbər verir ki, bizə göndərilən görüntülər Xırdalan şəhəri Yoncalıq massivi Qismət Ruzi küçəsində lentə alınıb. Həmin ərazidə yolların pis vəziyyətdə olmasından, yağıntılı havalarda evindən çölə çıxa bilməyən sakinlər bu haldan şikayətçidir.

Bununla bağlı dəfələrcə icra nümayəndəliyin və lazımi qurumlara məlumat verilsə də heç bir tədbir görülməyib. İcra nümayəndəliyindən şikayətə gedən sakinlərə bildirib ki, "həmin əraziyə bina sahibi olan şirkət yol çəkməlidir". Lakin nə şirkət, nədə icra nümayəndəliyi bundan sonra bu məsələyə yanaşma etməyib.

Qeyd edək ki, 9 yanvar 2020-ci il tarixində ölkə başçısının imzaladığı sərəncam əsasında Abşeron rayon ərazisində olan yolların əsaslı bərpası üçün 19,7 milyon manat vəsait ayrılıb. Amma buna baxmayaraq bu gün Abşeron rayonunda yolların hansı vəziyyətdə olduğu hər kəsə məlumdur.

Həmin görüntüləri təqdim edirik:


Baxış sayı: 3504 | Tarix: 04.08.2021
Bizi Telegramda izləyin: @repostaz