Azərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
 
RePost.Az-ın apasport.az saytına istinadən verdiyi məlumata görə, Olimpiadada Ukrayna yığmasını təmsil edən 23 yaşlı yunan-Roma güləşçisinin 67 kq çəki dərəcəsində həlledici rəqibi iranlı Gərai Məhəmmədreza olub.
 
Bir gün əvvəl 1/8 finaldan mübarizəyə qoşulan və 3 rəqibini məğlub edərək finala adlayan Nəsibov uğurlu çıxışını burada davam etdirə bilməyib. İranlı güləşçiyə 1:9 hesabı ilə məğlub olan həmyerlimiz gümüş mükafatla kifayətlənib və Olimpiya ikincisi olub.
 
Bu çəkidə bürünc medallar almaniyalı Frank Ger Staebler və misirli Məhəmməd Əlsayedə nəsib olub.

Baxış sayı: 5138 | Tarix: 04.08.2021
Bizi Telegramda izləyin: @repostaz