Türkiyənin Dənizli şəhərinin Buldan və Tavas rayonlarındakı meşə sahələrində baş verən yanğınlar nəzarət altına alınıb.
 
RePost.Az xəbər verir ki, Buldan rayonunun Türlübey məhəlləsində ötən gün başlayan və nəzarət altına alınan yanğın sonradan küləyin təsiri ilə yenidən başlayıb. Dünən gecə yanğınsöndürən qruplar əraziyə müdaxilə edib.
 
Tavasın Pınarlık məhəlləsindəki meşə sahəsində baş verən yanğın da gecə saatlarında edilən müdaxilə ilə nəzarətə götürülüb.
 
İki rayonda yanğının söndürülməsi zamanı vertolyotların dəstəyindən istifadə olunub. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə məxsus yanğınsöndürənlər də hər iki yanğına müdaxilə ediblər.

Baxış sayı: 3599 | Tarix: 04.08.2021
Bizi Telegramda izləyin: @repostaz