Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində azı 40 nəfər ölüb.
 
RePost.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
 
"Sel Kastamonuda 34, Sinopda 6 nəfərin ölümünə səbəb olub. 9 nəfərə xəstəxanalarda tibbi yardım göstərilir. İtkin düşən şəxsin axtarışları Bartında davam edir", - məlumatda bildirilir.
 
Bundan əvvəl ölkənin şimalında 31 nəfərin təbii fəlakət qurbanı olduğunu bildirdi.

Baxış sayı: 3941 | Tarix: 14.08.2021
Bizi Telegramda izləyin: @repostaz