Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva haqqında "Birinci xanım" adlı sənədli film hazırlanıb.
 
RePost.Az-ın xəbərinə görə, sənədli film Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirir.
 
Sənədli film avqustun 26-da saat 15:00-da AzTV-də yayımlanacaq.
 
Qeyd edək ki, avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Baxış sayı: 3428 | Tarix: 21.08.2021
Bizi Telegramda izləyin: @repostaz