Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhməramlı missiyası davam edir.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birgə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini icra edir.
 
Qeyd edək ki, hazırda paytaxt Kabil daxil olmaqla, Əfqanıstanın əksər vilayətləri "Taliban" yaraqlılarının nəzarətinə keçib.
 
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Əfqanıstanda sülhməramlı missiya həyata keçirən 120 hərbçimizin həyatına təhlükə yoxdur.


Baxış sayı: 3447 | Tarix: 23.08.2021
Bizi Telegramda izləyin: @repostaz