Bu gün vəzifə borcunu yerinə yetirərkən şəhadətə yüksələn telereportyor - Sirac Abışovun doğum günüdür.
 
Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi. Əslən Qubadlıdan olan və məcburi köçkün həyatı yaşayan Sirac üçün bu təkcə peşə borcu yox, həm də şəxsi qürur məsələsi idi.
 
O, məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə bu ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub.
 
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə S.Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.

Baxış sayı: 3143 | Tarix: 29.08.2021
Bizi Telegramda izləyin: @repostaz