Bakıda neft quyularından külli miqdarda məbləğdə mühərrik və generatorun hissələrini oğurlayan 3 nəfər saxlanılıb.
 
DİN Mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələri oğurlanıb.
 
Cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.

Baxış sayı: 3504 | Tarix: 03.09.2021
Bizi Telegramda izləyin: @repostaz