Iran-Azərbaycan sərhədində İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) işğaldan azad olunmuş Qarabağ ərazisində gizli tunelləri aşkarlanıb.
 
RePost.Az xəbər verir ki, bu barədə jurnalist Elmira Musazadə Tvitter hesabında yazıb:
 
“Bu tunel, sənədli film çəkilərkən işğaldan azad edilən Zəngilanda üzə çıxıb. Tunel minalarla dolu idi və Azərbaycan hərbçiləri tərəfindən təmizlənib. Qorxuram ki, çoxlu mina və partlayıcı tələ hələ qalsın və mütəxəssislərin gözündən yayınsın”.
 
SEPAH-ın sözügedən tuneldən silah, narkotik maddələrin daşınması və PKK yaraqlılarının hərəkəti üçün istifadə etdiyi ehtimal edilir.
 
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi başlamazdan az öncə İrandan Ermənistanın işğal etdiyi Qarabağ ərazisinə gedən ən azı üç qanunsuz körpü və bir sıra tunellərin olduğu ortaya çıxmışdı.

Baxış sayı: 2554 | Tarix: 08.10.2021
Bizi Telegramda izləyin: @repostaz