Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) koronavirusdan vəfat edib.
 
Bu barədə sosial şəbəkədə mərhumun yaxınları məlumat yayıblar.
 
25 yaşlı N.Ağa Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
Mərhumun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Artıq yaxınları bunun üçün Türkiyəyə gediblər.
 
Qeyd edək ki, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.
 
Xatırladaq ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Baxış sayı: 5214 | Tarix: 11.10.2021
Bizi Telegramda izləyin: @repostaz