Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilir.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.
 
Atış çalışmalarında döyüş heyətləri “OSA” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər.
 
Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra edirlər.

Baxış sayı: 3257 | Tarix: 16.10.2021
Bizi Telegramda izləyin: @repostaz