Türkiyədə yayımlanan “Zühal Topalla” evlilik proqramının iştirakçısı olan azərbaycanlı cütlük milli musiqimizin sədaları altında rəqs ediblər.

RePost.Az xəbər verir ki, hazırda onunla küsülü olan Əlinin könlünü almağa çalışan Naz sürpriz rəqs hazırlayıb.

Nazın tək oynadığı Azərbaycan rəqsi hər kəs tərəfindən maraqla qarşılanıb.

Daha sonra isə oynamağı bacarmasa da tamaşaçıların xahişi ilə Əli də Naza yoldaşlıq edib.

Qeyd edək ki, Naz Mila bir müddət əvvəl Baha adlı türk bəylə nişanlı olsa da sonradan nişanı qaytarıb. Daha sonra ona Azərbaycandan elçi gələn Əli Əkbərlə sevgili olub, sonra isə ayrılıblar. Naz isə Əli ilə yenidən barışmağa cəhd edir.


Baxış sayı: 255 | Tarix: 25.02.2017
Bizi Telegramda izləyin: @repostaz