Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətindən narazılıq edən bir qrup qazi Bakının Ziya Bünyadov prospektində yolu bağlayıb.
 
RePost.Az xəbər verir ki, hadisəyə həyətyanı torpaq sahəsi ilə bağlı yaranman mübahisə səbəb olub.
 
Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyətyanı torpaq sahəsi ilə bağlı mübahisədir:
 
“Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.
 
DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır: “Aidiyyəti qurumlar məlumatlandırılıb”.

Baxış sayı: 3219 | Tarix: 26.10.2021
Bizi Telegramda izləyin: @repostaz