"Türkiyə bundan sonra da qardaş Azərbaycana dəstək verməyə davam edəcək".
 
RePost.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.
 
Türkiyə dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.
 
Ərdoğan qeyd edib ki, Türkiyə regionda dayanıqlı sülhün tərəfdarıdır.

Baxış sayı: 3010 | Tarix: 26.10.2021
Bizi Telegramda izləyin: @repostaz