Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini “Smerç” tipli yaylım sistemindən atəşə tutmasından bir il ötür.
 
RePost.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun uğurlarını həzm edə bilməyən düşmən cəbhə xəttindən 32 km uzaqda yerləşən Bərdə şəhərini kasetli bombalar yayan raketlərlə hədəf aldı. Bərdə şəhərinin mərkəzinə “Smerç” raketləri ilə endirilən iki raket zərbəsi nəticəsində 27 dinc sakin həlak olub, 70 nəfərdən çox insan yaralanıb.
 
Müharibənin 32-ci günündə baş tutan bu hücum həm də 44 günlük əks-hücum əməliyyatında Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs razılaşması fonunda baş verib. Bərdəyə hücum etməklə mənfur düşmən müharibə gedişatında əldə olunan atəşkəsi üçüncü dəfə pozub.
 
Allah bu mənfur terror aktı nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza rəhmət etsin!

Baxış sayı: 3732 | Tarix: 28.10.2021
Bizi Telegramda izləyin: @repostaz