ч"Koronavirusdan sağalmış bəzi şəxslərdə 1-2 ay sonra bəzi əlamətlər müşahidə olunur. Halsızlıq, yorğunluq və digər hallar davam edir. Bu zaman mütləq qalxanabənzər vəzi hormonları yoxlanılmalıdır".
 
BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Azər Hümmətov bildirib.
 
Qeyd edək ki, koronavirus infeksiyası bəzi xəstəlikləri ortaya çıxarır və ya onların artımına səbəb olur. Tənəffüs yolları xəstəlikləri sürətlə artır, daha çox ağ ciyərlərdə problem yaranır.


Baxış sayı: 4910 | Tarix: 04.11.2021
Bizi Telegramda izləyin: @repostaz