Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.
 
Dövlət Təhlükəsizliyi Xidmətindən RePost.Az-a verilən məlumata görə, mina xəritələri aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfinə verilib.
 
“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda bildirilir.
 
Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə erməni əsilli 10 hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Baxış sayı: 3485 | Tarix: 04.12.2021
Bizi Telegramda izləyin: @repostaz