"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov sosial şəbəkədə yeni paylaşım edib.
 
BAKU.WS xəbər verir ki, yeni ailə həyatı quran sənətçi instaqram hesabında həyat yoldaşı Leyla ilə yeni şəklini yayımlayıb. Fərid görüntüyə türk dilində "Mutluyuz" qısa şərhini də əlavə edib. Cütlüyün bu fotosu sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. 
 
Onların şəklinə qısa müddətdə çoxsaylı şərh və bəyənmə gəlib.
 
Qeyd edək ki, "Qurd"un toyu noyabrın 14-də keçirilib. Onun həyat yoldaşı Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. Bu, Fəridin ikinci evliliyidir. Onun ilk ailə həyatından iki oğlu var.

Baxış sayı: 5043 | Tarix: 14.12.2021
Bizi Telegramda izləyin: @repostaz