Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib.
 
RePost.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, M.Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
 
Qeyd edək ki, M.Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.

Baxış sayı: 4302 | Tarix: 05.02.2022
Bizi Telegramda izləyin: @repostaz