18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.
 
Apasport.az saytının məlumatına görə, C divizionunda mübarizə aparacaq yığmamız B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqa rəqib olub.
 
A qrupunda isə Monako, Malta, San-Marino, Albaniya və Andorra yer alıb. Turnir 2022-ci il iyulun 24-31-də baş tutacaq. örüşlər San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.
 
Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının da püşkü atılıb. Yarışda 6 komanda iki qrupda çıxış edəcək.
 
Azərbaycan millisi A qrupunda Malta və Andorra ilə qarşılaşacaq. B qrupunda San-Marino, Cəbəllütariq və Ermənistan yer alıb. Yığmamız növbəti mərhələdə bu qrupun komandaları ilə görüşə bilər. Oyunlar gələn il iyunun 28-dən iyulun 3-dək Maltanın Ta-Qali şəhərində keçiriləcək.

Baxış sayı: 3428 | Tarix: 15.02.2022
Bizi Telegramda izləyin: @repostaz