Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxs azərbaycanlı deputatların səfərinə etiraz olaraq aksiya keçirib.
 
RePost.Az xəbər verir ki, bu barədə "News.am" saytı məlumat yayıb.
 
Narazı ermənilər Azərbaycan nümayəndə heyətinin İrəvana səfərinə etiraz edirlər.
 
Qeyd edək ki, Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər. Deputatlar fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak edəcək. 

Baxış sayı: 4131 | Tarix: 21.02.2022
Bizi Telegramda izləyin: @repostaz