Digər Xəbərlər
Məşhur aktyor Yiğit Özşener dələduzluq hadisəsi ilə üzləşib.
RePost.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, naməlum şəxslər onun kredit kartının sürətini çıxararaq 9 min TL xərcləyiblər.
Özşener fırıldaqçılarla bağlı prokurorluğa şikayət edib, cinayət işi açılıb.
Aktyor qeyd edib ki, onun telefonuna balansından pul çıxarılması ilə bağlı mesaj gəlib:
“Mesajlardan sonra bankla əlaqə saxladım, kartımı dondurtdurdum. 9 min TL dəyərində pul çıxarıblar. Bu çıxarışı ABŞ-dan ediblər”.