Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə bizim ölkələrimiz, qarşılıqlı fəaliyyətimiz və regional təhlükəsizlik üçün olduqca pozitiv əhəmiyyət kəsb edəcək.
 
RePost.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.
 
Dövlət başçısı bildirib: “Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə son illər bizim fəal işimizin, qarşılıqlı əməkdaşlıq potensialının yüksəldilməsinin çox yaxşı nümayişidir. Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”.

Baxış sayı: 3029 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz