Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.
 
Bu barədə RePost.Az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Xəbərə görə, təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.
 
Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
 

Baxış sayı: 3827 | Tarix: 01.03.2022
Bizi Telegramda izləyin: @repostaz