Bu yaxınlarda himnimizi səhv oxumaqla gündəmə gələn əməkdar artist Elza Seyidcahan yenidən yazdığı şeiri ilə gündəmə gəlib.

REPOST.AZ xəbər verir ki, E.Seyidcahan “Get işinlə məşğul ol” şeirində sanki kimdənsə gileylənir.

Əməkdar artistin marağa səbəb olan yeni şeirini təqdim edirik.

 

Ömür elə qısadır ki,

Get işinlə məşğul ol.

Baxışında çək şəklimi,

Ruhun təzələnsin.

 

Padşahlığa layiqdir

Zəhmət ilə görülən iş.

Gedişinlə, gəlişinlə,

Duruşunla.

 

Boşluqdan yaranır pislik,

Məşğul olsan, olmaz sizlik.

Olmaz, olmaz, təklənərik.

Qəlpələnir, səpələnirik.

 

Sipərlənək, üzək, üzək,

Vətənimizə, yurdumuza.

Qovuşa-qovuşa.

Gəl öp məni

Məşhur olaq.

 

Özünə iş tapa bilməyən

Bədbəxt adam.

Uca olar həmişə başın.

Ləyaqətlə

İşini yerinə yetirsən.

 

Söyürəm səni

Get işinlə məşğul ol.

Mənə sözündə təpki ol.

Öz sözündə əski ol.

 

Ona sözündə əskik ol

Tənbəl adam.

İşin sözdə

Zəhmətsevər insanların

İşi əməldə.

Ət qalmasın.

Qəm əldə.

 

Bilmək istəyirsən kimsən?

İşinə bax.

Qarışqa ol,

Önünə bax.

 

Bəhanələr var isə

Hakim ol gördüyün işə.

Olsan fəaliyyətdə

Olmazsan cahiliyyətdə.

 

Şikayət etməkdənsə

Axmaq adam.

Tənbəl adam.

Yaramaz adam.

 

Oranı qaşı, buranı qaşı.

İşin yoxsa

Get nənənin, babanın

Qaşı, qaşı.

Qazanın aşı.

 

Üzüyü qaşı tanıdar

Üksüyü sapı qaraldar.

Sən də saplan öz iynənə.

Zolaq olaq, corab olaq.

 

Qonaq olaq

Tozanaq olaq.

Cukka, cuka, cakka cuka.

Cukkada, cukkada.

Rakkada cukkada.

 

Gəl kökümüzlə məşğul olaq

Adam olaq.

 

Tikək, tikək, tikək, tikək

Yıxaq, yıxaq, yıxaq, yıxaq.

Vuraq, vuraq, vuraq, vuraq.

Qol gücündə çiyinlərin

Gəl işimizlə məşğul olaq.

 

Səni elə günə salaram ki

Etdiklərim nə idi ki?

Getdiyim bu sulardakı

Gəmi idi ki.

 

Vermək almaqdan daha izzətlidir

Gülmək ağlamaqdan şərafətlidir.

Sevmək sevilməkdən ləyaqətlidir.

Susmaq danışmaqdan kəramətlidir.

 

Bəzən çox vaxt dinləmək, dinləmək

Ləyaqətlidir.

Atalarımız deyiblər

Yaşınla

Ağ başınla

Sirdaşınla

Get işinlə məşğul ol.

 

Ağıllı ol,

Get işinlə məşğul ol.

 

REPOST.AZ


Baxış sayı: 2953 | Tarix: 26.11.2016
Bizi Telegramda izləyin: @repostaz