Türkiyənin Van vilayətinin Baş Prokurorluğu bu ölkədə yaşayan sabiq yüksək rütbəli iranlı hərbçini oğurlamaq istəyən İran casuslarından ibarət 11 nəfərlik cinayətkar şəbəkə üzvlərinə 30 il həbs tələb edib.
 
RePost.Az xəbər verir ki, ittihamnamədə müttəhimlər cinayət şəbəkəsinə qoşulma və adam oğurluğuna cəhddə ittiham edilirlər. 
 
Türkiyənin "Anadolu" ajansı yaydığı məlumatda həmin şəxslərin bundan əvvəl də üç dəfə sabiq iranlı hərbçini oğurlamaq üçün əməliyyat keçirdiklərini bildirib. 
 
Agentlik, həmçinin həbs edilən dəstə üzvləri ilə əlaqədə olan İran xüsusi xidmət orqanlarının əməkdaşlarının adlarını da açıqlayıb. Onlar Seyid Mehdi Hüseyni və Əli Qəhrəman Haciabaddır.
 
Xəbərdə habelə dəstənin İranın xüsusi xidmət orqanlarının qaçıraraq bu ölkəyə gətirilməsini istədiyi şəxslərlə bağlı keçirdiyi əməliyyatlarla bağlı məlumatlara da yer verilib.

Baxış sayı: 3371 | Tarix: 03.03.2022
Bizi Telegramda izləyin: @repostaz