Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla telefonla danışıb, Kremlin mətbuat xidməti məlumat yayıb.
 
"Putin Kiyev nümayəndələri ilə danışıqlar kontekstində fundamental yanaşmaları və şərtləri ətraflı şəkildə qeyd etdi. Təsdiq olundu ki, ilk növbədə, söhbət Ukraynanın demilitarizasiyasından və bitərəf statusundan gedir ki, onun ərazisindən Rusiya Federasiyasına heç vaxt təhlükə yaranmasın”, - deyə qeyd ediblər.
 
Eyni zamanda prezident Makronun Fransa xalqına müraciətində qeyd olunan bir çox məqamlarla razılaşmadığını vurğulayıb. 
 
"Xüsusən, bu, Rusiyanın Ukraynada nasizmlə mübarizə apardığını "yalan" adlandıran Emmanuel Makronun bəyanatına aiddir. Bununla bağlı Kiyevin dövlət siyasətində neonasistlərin mühüm rolu barədə əsaslandırılmış izahatlar verilib. "deyə mətbuat xidmətindən bildirilib.
 
Rusiya lideri humanitar problemlərin həlli üçün xarici tərəfdaşlarla işləməyə hazır olduğunu bir daha təsdiqləyib və həmkarını Ukraynadan əcnəbilərin təhlükəsiz təxliyəsi üçün səyləri birləşdirməyə çağırıb.
"O, xüsusilə, Ukrayna təhlükəsizlik qüvvələrinin mahiyyətcə girov saxladığı Xarkovda böyük bir hindistanlı tələbə qrupunu xatırladıb. Emmanuel Makron Kiyev rəhbərliyi ilə müvafiq işlər görəcəyinə söz verib", - Kreml əlavə edib.(RİA Novosti)

Baxış sayı: 3542 | Tarix: 03.03.2022
Bizi Telegramda izləyin: @repostaz