Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın 9 günlük müharibədə verdiyi itkiləri açıqlayıb.
 
RePost.Az xəbər verir ki, Baş Qərargah fevralın 24-dən bəri Ukraynada həlak olan rus hərbçilərin sayı 9166 nəfər olduğunu bildirib.
 
Rusiya ordusunun itkilərinin statistikası belədir:
 
"Tank - 251 ədəd;
Zirehli döyüş maşını - 939 ədəd;
Artilleriya sistemləri - 105 ədəd;
MLRS - 50 ədəd;
Hava hücumundan müdafiə sistemi - 18 ədəd;
Təyyarə - 33 ədəd
Helikopter - 37 ədəd;
Avtomobil avadanlığı - 404 ədəd;
Yüngül sürətli qayıq - 2 ədəd;
İHA əməliyyat-taktiki səviyyəsi - 3".
 
Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov isə bildirib ki, Rusiya Silahlı Qüvvələri hərbi xüsusi əməliyyat başlayandan bəri Ukraynanın 1800-dən çox hərbi obyektini məhv edib.
 
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin 65 komanda məntəqəsi və rabitə mərkəzi, 56 ədəd "S-300" zenit raket kompeksi, "Buk M-1" və “Osa” sistemləri, 59 radar stansiyası vurulub.
 
Ukrayna Silahlı Qüvvələrinin yerdə 49 və havada 13 təyyarəsi, 635 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəşi sistemi, 252 səhra artilleriya və minaatan, 442 ədəd xüsusi təyinatlı hərbi texnikası, o cümlədən 54 pilotsuz uçuş aparatı da məhv edilib.
 

Baxış sayı: 3257 | Tarix: 04.03.2022
Bizi Telegramda izləyin: @repostaz