RF hökuməti əvvəllər xaricdən Rusiyaya gətirilən, hazırda isə ölkədən çıxarılması müvəqqəti qadağan edilən mal və avadanlıqların siyahısını müəyyən edib.
 
RePost.Az "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə RF Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
 
“Siyahıya texnoloji, telekommunikasiya, tibbi avadanlıqlar, nəqliyyat vasitələri, kənd təsərrüfatı maşınları, elektrik avadanlıqları - ümumilikdə 200-dən çox adda, o cümlədən dəmir yolu vaqonları və lokomotivləri, konteynerlər, turbinlər, metal və daş emalı maşınları, monitorlar, proyektorlar, pult və panellər salınıb”, - deyə bəyanatda deyilir.
 
Mətbuat xidmətində vurğulanıb ki, bu malların ixracı Avrasiya İqtisadi İttifaqı dövlətləri istisna olmaqla bütün xarici ölkələrə məhdudlaşdırılır.
 
Bundan başqa Rusiyadan bəzi ağac növləri də ixracı yasaqlananlar siyahısına daxil edilib. Qadağa “dost olmayan hərəkətlər” etmiş ölkələrə şamil edilir.

Baxış sayı: 4264 | Tarix: 10.03.2022
Bizi Telegramda izləyin: @repostaz