“Antalya Diplomatiya Forumu məqsədinə çatmağa başlayıb”.
 
RePost.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında deyib. O bildirib ki, Rusiya və Ukrayna arasındakı böhrandan sonra dünən hər iki tərəfdən xarici işlər nazirlərinin ilk görüşünün Antalyada baş tutması bunu təsdiqləyir.
 
"Böhranlara etinasız yanaşmanın fəsadlarını birlikdə görməkdəyik. Ukrayna məsələsi göstərir ki, tarixdən dərs almaq lazımdır. Rusiya və Ukrayna həm qonşumuz, həm də dostumuzdur. Onların müharibə aparmasından çox narahatıq. Savaş ən çox bizi narahat edir”.
 
Türkiyə prezidenti qeyd edib ki, Ukraynanın ərazi bütövlüyünə məhəl qoymayan qeyri-qanuni addımları, o cümlədən Krımın qanunsuz ilhaqını qəbul etmir:
 
"Həm Rusiya, Ukrayna ilə müzakirələrimizdə bu mövzunu daim gündəmdə saxlamışıq. Qərb Krımın işğalına reaksiya versəydi, indi bu mənzərəni görərdikmi?! Ədalət müəyyən bölgələrdə keçərlidir, digər bölgələrdə keçərli deyil? Beynəlxalq ictimaiyyət lazımi həssaslıq nümayiş etdirmədi. Ukrayna öz haqlı mübarizəsində tək qaldı. Diplomatiya ilə həll oluna biləcək problemlərin acı nəticələrini görürük.
 
Atəşə benzin tökməyin kiməsə faydası yoxdur. Rus mədəniyyətinə qarşı faşist addımlar qəbuledilməzdir. Almaniyada Putinin dostu istefaya göndərilir. Başqa Avropa ölkəsində Dostoyevskinin əsərləri qadağan edilir. Bu, İraqda Hulakilərin vandallığını xatırladır. Biz yeni Hulakilər istəmirik. İnsanlıq buna layiq deyil. Biz sabitliyin bərpası üçün çalışırıq”.

Baxış sayı: 3523 | Tarix: 11.03.2022
Bizi Telegramda izləyin: @repostaz