“Çelsi”nin sahibi Roman Abramoviç yeni klub almağa hazırlaşır.
 
Apasport.az saytının məlumatına görə, rusiyalı biznesmen “Göztəpə”nin sahibi olmaq niyyətindədir.
 
Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən Britaniya hökuməti tərəfindən sanksiyalarla üzləşən və “Çelsi”ni satmaqdan başqa çarəsi qalmayan Abramoviç Türkiyə tərəfinin jestinə eyni şəkildə qarşılıq vermək istəyir. Türkiyə hökuməti sanksiyalara qoşulmadığı üçün iş adamı Super Liqa təmsilçisi “Göztəpə”yə sahib çıxmaq fikrindədir.
 
Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən “Çelsi”yə rəhbərlik edir.

Baxış sayı: 4074 | Tarix: 18.03.2022
Bizi Telegramda izləyin: @repostaz