Fransa Rusiyanın qazın qiymətinin rublla ödənilməsi tələbini qəbul etməyəcək.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire mətbuat brifinqində deyib.
 
"Mən sizə G7 bəyanatını xatırlatmaq istəyirəm. Biz qazın başqa valyutada ödənilməsi tələbini qəbul etməyəcəyik. Bu, müqavilələrdə nəzərdə tutulmayıb. Müqavilə müqavilədir və ona ciddi əməl edilməlidir", - fransalı nazir vurğulayıb.

Baxış sayı: 3903 | Tarix: 31.03.2022
Bizi Telegramda izləyin: @repostaz