Ağdaban faciəsi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə törədilib. 
 
RePost.Az xəbər verir ki, həmin gün 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib.
 
Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilib,

67 sakin amansızlıqla qətlə yetirilib,
 
8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
 
Bundan əlavə, 2 nəfər itkin düşüb,
 
12 nəfər isə ağır bədən xəsarətləri alıb.
 
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Baxış sayı: 3048 | Tarix: 08.04.2022
Bizi Telegramda izləyin: @repostaz