Moskvaya səfər edən ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidneti Vladimir Putinlə görüşüb.

RePost.Az xəbər verir ki, görüşdə Putin bir çox məslələrlə yanaşıə təhlükəsizlik və Qarabağ mövzularını da müzakirə edəcəklərini, Qarabağda bir çox problemlər qaldığını bildirib.
 
Paşinyan bildirib ki, Moskvaya səfəri ölkələr arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir və Rusiya Ermənistanın strateji tərəfdaşıdır.
 
İrəvanla Moskva arasında münasibətlər çox yüksək səviyyədədir. O qeyd edib ki, Rusiya Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır. Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağın təhlükəsizliyini təmin edir. Baş nazir Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasında Rusiya prezidentinin şəxsi rolunu vurğulayıb.
 

Baxış sayı: 3162 | Tarix: 19.04.2022
Bizi Telegramda izləyin: @repostaz