Əfqanıstanın Məzari-Şərif şəhərində məsciddə törədilən partlayış zamanı ölənlərin sayı 31-ə çatıb.
 
APA “Khaama Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli tibb müəssisələrindən açıqlama verilib.
 
Həkimlər xəstəxanalara azı 87 yaralının daxil olduğunu bildirib.
 
Günorta namazından sonra baş verən partlayış zamanı ölü sayının artması istisna olunmur.
 
Hücum hədəfinin şiə müsəlmanları olduğu bildirilir.

Baxış sayı: 3238 | Tarix: 21.04.2022
Bizi Telegramda izləyin: @repostaz