Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX ) nasist Almaniyasının lideri Adolf Hitler, III Reyxin “boz kardinal”ı hesab olunan Martin Borman və “Gestapo” adlanan gizli dövlət polisinin rəhbəri Henrix Müller barədə yeni arxiv materiallarını dərc edib.
 
APA-nın Moskva müxbirinin məlumatına görə, yeni arxiv materialları Hitlerin keçmiş şəxsi pilotu SS Qruppenführer, polis general-leytenantı Hans Baurla bağlı FTX-nın Novqorod vilayəti üzrə şöbəsində saxlanılan istintaq sənədlərindən ibarətdir.
 
Hitlerlə bağlı açıqlanan yeni arxiv sənədində 1945-ci il aprelin sonunda onun intiharı ilə bağlı məlumatlar qeyd olunub. Onun keçmiş şəxsi pilotu Baurun ifadəsində nasist Almaniyasının lideri intihar etməmişdən əvvəl və sonra nasist bunkerində baş verənləri təsvir edir. Baur, həmçinin Üçüncü Reyxin digər bosslarının - Hitlerin şəxsi katibi Bormann və Gestapo rəhbəri Müllerin ölümündən əvvəl baş verən şəraitdən danışıb.
 
Baurun dindirmə zamanı yazdığı kimi, 1945-ci il aprelin sonuna qədər Hitlerin onunla birlikdə bunkerdə olan yaxın ətrafı Fürerin son niyyətindən xəbərsiz olub:
 
"Yalnız aprelin 30-da günorta o, adyutantım polkovnik Betzlə birlikdə məni çağırdı. Hitler məni dəhlizdə qarşıladı və otağına apardı. O, əlimi sıxıb dedi: "Baur, mən sizinlə vidalaşmaq istəyirəm. Sizə, bütün xidmət illərinə görə sizə təşəkkür etmək istəyirəm. O, çox qocalmışdı. Əlləri titrəyirdi, mənə aydın idi ki, onlar intihar etmək barədə son qərarı veriblər", - deyə Hitlerin keçmiş şəxsi pilotu qeyd edib.
 
Hitler ona sevimli tablosunu - otağında asılmış Rembrandtın “Böyük Kral Frederik” portretini yadigar kimi bağışlamaq istədiyini söyləyib. Baur Hitleri intihar etmək fikrindən daşındırmağa çalışıb. “Mənim əsgərlərim daha dayana bilmir və dayanmaq istəmirlər. Mən daha dözə bilmirəm"- deyə Hitler cavab verib.
 
O, daha sonra deyib ki, ruslar Potsdam meydanındadırlar və guya yuxu qazından istifadə edərək onu diri-diri ələ keçirə bilərlər. Hitler əlavə edib ki, italyan partizanları faşist İtaliyasının lideri Benito Mussolininin cəsədini asdıqları üçün o, öz və arvadı Eva Braunun cəsədini yandırmaq əmrini verib. Çünki Hitler özünün və həyat yoldaşının nümayiş məqsədilə asılacağından qorxurmuş.
 
"Nə vaxtsa məzar daşıma yazılmalı olacaq:" O, öz generallarının qurbanı oldu, Baurun xatırladığı kimi, bu, rəisindən eşitdiyi son sözləri olub. “Betz və mən səssizcə Hitlerin əlini sıxıb getdik,"- deyə keçmiş pilot əlavə edib.

Baxış sayı: 2877 | Tarix: 29.04.2022
Bizi Telegramda izləyin: @repostaz