SEPAH-ın sabiq kəşfiyyat rəisi Hüseyn Taibin qardaşı, "Əmmar” qərargahının rəhbəri Mehdi Taibin Türkiyə ordusu ilə bağlı səs yazısı üzə çıxıb.

Səs qeydində M.Taib "Türkiyə Silahlı Qüvvələrinin İraqdakı bazalarını biz hədəf aldıq” ifadələrini işlədib. M.Taib hər hansı bir müharibə ehtimalında İranın Türkiyə limanlarını ballistik raketlərlə vuracağını deyib.
Bu səs qeydi İranın dəstəklədiyi silahlı qrupların Türkiyəyə qarşı PKK terror təşkilatı ilə əməkdaşlıq etdiyi barədə iddiaları gücləndirir. Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ötən günlərdə dərc etdiyi bir kəşfiyyat hesabatında İranın dəstəklədiyi silahlılarla PKK-nın əməkdaşlığına dair məlumatlar yer alıb.
(Sfera.az). 

Baxış sayı: 1832 | Tarix: 07.05.2022
Bizi Telegramda izləyin: @repostaz