"Bu il Azərbaycanda sınaq imtahanlarının sayı nəzərdə tutulandan az olacaq".
 
RePost.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 
 
O bildirib ki, hazırda sınaq imtahanları ilə bağlı araşdırma aparılır: "Sınaq imtahanlarında iştirak qiyməti və cədvəli yaxın günlərdə elan ediləcək. Ötən aylarda fəaliyyət göstərə bilmədiyimiz üçün sınaq imtahanlarının cədvəli çox sıx olacaq. Nəzərdə tutduğumuz kimi çox deyil, 1-2 sınaq imtahanı keçiriləcək".
 
M.Abbaszadə onu da qeyd edib ki, mart ayının 5-də keçirilən buraxılış imtahanında 6 nəfər telefonla tutulub: "Həmin şəxslərin nəticələri ləğv edilib. Onlar 0 balla ikinci mərhələyə buraxılacaqlar".
 
RePost.Az

Baxış sayı: 2098 | Tarix: 07.03.2017
Bizi Telegramda izləyin: @repostaz