Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
 
Müdafiə Nazirlyindən RePost.Az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
 

Baxış sayı: 4891 | Tarix: 21.05.2022
Bizi Telegramda izləyin: @repostaz