Azərbaycan istehsalı olan "Revival-P" minapartladan qurğu gələn aydan etibarən işğaldan azad olunan ərazilərdə istifadə olunacaq.
 
Bunu "APA-Economics"ə Metal Konstruksiya zavodunun baş mühəndisi Cavidan Kərimov deyib.
 
Minapartladan qurğu sınaqdan keçirilib və ANAMA tərəfindən müvafiq rəy alınıb.
 
"İlkin olaraq qurğu böyük ehtimalla Füzuli rayonunun ərazisində minaların zərərsizləşdirilməsində istifadə olunacaq",- Cavidan Kərimov qeyd edib.
 
Xatırladaq ki, MEMATT minapartladan qurğunun prototipidir.

Baxış sayı: 3599 | Tarix: 26.05.2022
Bizi Telegramda izləyin: @repostaz