Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti 9130 manat təşkil edir.
 
RePost.Az Trend-iə istinadən xəbər verir ki, ən bahalı biletlər VİP xidmətlər daxil olan Formula 1 Paddok Klubunda təklif edilir.
 
Belə ki, Paddok Klubunda 1 günlük biletin qiyməti 1760 manat, iki günlük biletin qiyməti 7930 manat, 3 günlük biletin qiyməti isə 9130 manat təşkil edir.
 
Qeyd edək ki, Paddok klubunun oturacaqları F1 komandaların avtoqarajlarının üst hissəsində yerləşir və burada Pit Yoluna və Start/Finiş xəttinə mənzərə açılır. Buradan qalib pilotun damalı bayrağı ötüb Finiş xəttinə birinci çatmasını izləmək mümkündür. Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti 9130 manat təşkil edir.
 
Ən bahalı biletlər VİP xidmətlər daxil olan Formula 1 Paddok Klubunda təklif edilir.
 
Belə ki, Paddok Klubunda 1 günlük biletin qiyməti 1760 manat, iki günlük biletin qiyməti 7930 manat, 3 günlük biletin qiyməti isə 9130 manat təşkil edir.
 
Qeyd edək ki, Paddok klubunun oturacaqları F1 komandaların avtoqarajlarının üst hissəsində yerləşir və burada Pit Yoluna və Start/Finiş xəttinə mənzərə açılır. Buradan qalib pilotun damalı bayrağı ötüb Finiş xəttinə birinci çatmasını izləmək mümkündür.
 
Formula 1 Azərbaycan Qran Prisinə tribunalarda olan biletlərin qiyməti isə 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Bakı Şəhər Halqasında tamaşaçılar üçün 9 tribuna yerləşir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün tribunalarda 16700 oturacaq quraşdırılıb.
 
Azarkeşlər biletləri https://www.bakucitycircuit.com/az veb səhifəsindən, həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə edə bilərlər.
 
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Baxış sayı: 1832 | Tarix: 07.06.2022
Bizi Telegramda izləyin: @repostaz