Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start verilib.
 
RePost.Az xəbər verir ki, saat 12:35-də ikinci dərəcəli pilotlar sərbəst yürüşə başlayıblar.
 
Test yürüşünün təxminən saat 13:20-də başa çatıb.
 
“Hitech Grand Prix” komandasından Jüri Vips bütün rəqiblərini qabaqlayıb.
 
“Karlin”dən Liam Louson ikinci, “Hiteç Grand Prix”dən Markus Armstronq isə üçüncü olub.
 
Saat 16:30-da sıralama turu baş tutacaq.
 
Xatırladaq ki, “Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 11 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə altıncı mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar.
 
Bu yürüşlərə Dennis Xauqer, Yehan Daruvala (“Prema”), Cek Doohan, Marino Sato (“Virtuosi”), Liam Louson, Loqan Sarcent (“Karlin”), Markus Armstronq, Jüri Vips (“Hiteç Grand Prix”), Frederik Vesti, Teo Purşer (“Art Grand Prix”), Felipe Druqoviç, Kleman Novalak (“MP Motorsport”), Olli Kalduell, Ralf Boşunq (“Kampos”), Roy Nissani, Ayumu İvasa (“Dams”), Riçard Verşur, Kalan Uilyams (“Trident”), Enzo Fittipaldi, Cem Bölükbaşı (“Çaruz”), Cek Hyuz və Amauri Kordell (“Van Amersfoort”) qatılıblar.
 
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.

Baxış sayı: 3466 | Tarix: 10.06.2022
Bizi Telegramda izləyin: @repostaz