"Belə yerdə deyiblər, nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bərdə RMİ Sevda xanım Zülfüqarlı və polkovnik Seymur Həbibullahovun 26 iyul Silahlı Qüvvələr günü münasibəti ilə iyunun 25-də N saylı hərbi hissədə təşkil etdiyi tədbiri utanmadan, qızarmadan öz adına çıxıb".
 
Bunu, jurnalist Zülfüqar Xeyirxəbər 26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı N saylı hərbi hissələrdə təşkil olunan tədbirlə bağlı Mədəniyyət Nazirliyinin Bərdə Regional İdarəsinin saxtakarlıq etməsinə münasibıt bildiriəkən qeyd edibş 
 
"Bu tədbirdə şəxsən iştirak etmişəm. Regional Mədəniyyət idarəsi də digərl rayon rəhbərliyi, idarə, müəssisə təmsilçiləri kimi qonaq qismində dəvət edilib. Hamı kimi tədbir başlayanda gəlib oturub tamaşa ediblər. Nəzakət xətrinə digər rayon nümayəndələri kimi idarənin rəhbərinə də söz verilib. Onların "qiymətli hədiyyə paylamışıq" dediyi saatları isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan şöbəsi gətirmişdi. Dostumuz və həmkarımız Taleh Sahsuvarovdan da xahiş edərdik ki, xəbərə düzəliş etsin. Məncə regional idarənin təbri adı ilə əsgərlərin adından istifadə edib yeyinti etmələrinə bu və ya digər formada şərait yaratmaq heç yaxşı bir şey deyil", - deyə jurnalist Bərdə RMİ-nin yalan xəbərini yayan jurnalistə də müraciəıt edib. 
 
 

Baxış sayı: 3713 | Tarix: 27.06.2022
Bizi Telegramda izləyin: @repostaz