Bu gün Bakının 3 rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən RePost.Az-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 10-da gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının  bir hissəsinə - Nizami, İ. Səfərli, R. Rza, Mərdanov qardaşları, Y. Məmmədəliyev, T. Əliyarbəyov, Z. Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Baxış sayı: 2573 | Tarix: 10.03.2017
Bizi Telegramda izləyin: @repostaz