Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 803 157 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.
 
Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.

Baxış sayı: 4701 | Tarix: 10.08.2022
Bizi Telegramda izləyin: @repostaz