Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
O.Mürsəlov əvvəllər Prezident Administrasiyasında çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisinin xidmətində fəaliyyət göstərib.
 
O, bu vəzifədə ikən administrasiyanın məsul şəxsi kimi Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.
 

Baxış sayı: 4321 | Tarix: 11.08.2022
Bizi Telegramda izləyin: @repostaz