Astarada narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub.
 
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
 
Bildirilib ki, avqustun 10-da Ələt-Astara yolunun 143-cü km-də Bakı şəhər sakini Ağamalıyev Sərxan Məmməd oğlunun idarə etdiyi “Toyota” markalı, 99-VH-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda nəzarət qaydasında saxlanılıb və sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
 
Müayinənin nəticəsinə əsasən sürücü S.Ağamalıyevin narkotik maddə istifadə etdiyi məlum olub.
 
Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Ağamalıyev barəsində inzibati həbs tətbiq olunub və o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Baxış sayı: 4891 | Tarix: 13.08.2022
Bizi Telegramda izləyin: @repostaz