Azərbaycanda 13 yaşlı qız ana olub.
 
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
 
Onun sözlərinə görə, uşaq dünən ev şəraitində dünyaya gəlib və xəstəxanaya yerləşdirilib.
 
Ağazadə bildirib ki, doğulan uşaq sağdır. Azərbaycan Uşaqlar Birliyinin sədri uşağın təcavüz nəticəsində doğulduğunu bildirib. 
 
O qeyd edib ki, 13 yaşlı qızın anası həm öz qızından, həm də nəvəsindən imtina edib. Qız isə sığınacağa yerləşdirilməsi üçün müraciət edib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı araşdırmalara başlayıb. Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumatlar aidiyyəti qurumlarla birlikdə araşdırılır.
 
T.Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapacağı təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

Baxış sayı: 3485 | Tarix: 07.09.2022
Bizi Telegramda izləyin: @repostaz