13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.
 
RePost.Az Lent.az-a istinadən bildirir ki, qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.
 
Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.
 
Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.

Baxış sayı: 3219 | Tarix: 07.09.2022
Bizi Telegramda izləyin: @repostaz