Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallının saxlanılıb.
 
Bu barədə RePost.Az-a Baş Prokurorluqdan bildiirlirb. Məlumata görə, Əvəz Zeynallı ilə bağlı cinayət işi başlanıb.
 
Hazırda istintaq hərəkətləri həyata keçirilir.
 
Vəkil Elçin Sadıqov da sosial şəbəkədə prokurorluq orqanlarından zəng edərək, ofisində axtarışa gəldiklərini yazıb.
 
Elçin Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da prokurorluqdan ona evlərində axtarış aparılacağına dair xəbər verildiyini qeyd edib.
 

Baxış sayı: 3238 | Tarix: 10.09.2022
Bizi Telegramda izləyin: @repostaz